Amerika Kubokunu kim qazanacaq? – Messi favoritlərdən danışdı

İdman

07.06.2024 16:28

Argentinalı futbol ulduzu Lionel Messi qarşıdan gələn Amerika Kuboku ilə bağlı gözləntilərini bölüşüb. 

TodayPress xəbər verir ki, "İnter Mayami"nin və Argentina millisinin hücumçusu mundialın favoritini açıqlayıb. 

“Argentina həmişə favorit olub. Çempionat başlayanda, istər Dünya Kuboku, istərsə də Amerika Kuboku olsun, Argentina Braziliya qədər, hətta daha çox baş mükafata namizəd olub. Amma düşünürəm ki, bu gün Cənubi Amerika komandaları çox güclüdür. Uruqvay, Kolumbiya və Ekvador yaxşı formadadır. Bütün matçlarda oynamaq çox çətinləşib. Bu, çox bərabər Copa America olacaq” deyə Messi bildirib. 

Qeyd edək ki, Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-nin 14 şəhərində keçiriləcək.

Namiq HUN

tag: Amerika, kubok, Lionel Messi, Dünya, todaypress.az,