Amerika Kuboku: Peru–Çili oyununda qapılara qol vurulmadı
İdman
22.06.2024 11:28
Futbol üzrə Amerika Kubokunda (Copa Amerika) növbəti oyun keçirilib.
TodayPress xəbər verir ki, A qrupunun ikinci matçında Peru və Çili yığmaları üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Qrupun ilk görüşündə turnirin son çempionu Argentina Kanada seçməsinə 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, ABŞ-ın 14 şəhərinin ev sahibliyi etdiyi Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.
tag: Amerika, Peru-Çili, Futbol, ABŞ, Qol, todaypress.az,