AMADA beynəlxalq test statistikasını açıqladı

İdman

01.02.2025 14:17

Ötən il Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sifarişi ilə ölkədən kənarda Azərbaycanın 22 idmançısından test nümunəsi götürülüb. 

TodayPress xəbər verir ki, Rusiyada 11, Almaniyada 5, Fransada 2, Belçika, İtaliya, Malayziya və Serbiyada isə 1  idmançı antidopinq testindən keçib. 

Testetmə AMADA-nın Rusiya Antidopinq Agentliyi (RUSADA) və PWC şirkəti ilə mövcud əməkdaşlığı çərçivəsində təşkil olunub. 

Qeyd edək ki, ötən il AMADA 98 beynəlxalq sifariş əsasında test həyata keçirib. Dünya Güləş Birliyinin sifarişi ilə 85, Beynəlxalq Cüdo Federasiyası ilə 10, Beynəlxalq Boks Assosiasiyası ilə 2, Beynəlxalq Müasir Beşnövçülük İttifaqı ilə isə 1 sfariş reallaşıb. 

Namiq HUN

tag: Azərbaycan,AMADA,Milli Antidopinq Agentliyi, İtaliya,Beynəlxalq Cüdo Federasiyası ,Todaypress.az,