Alvaro Morata: “Bütün məlumatları inkar edirəm, çünki yalandır”

İdman

15.04.2025 14:45

9

“Qalatasaray” klubunun futbolçusu mərc oyunları ilə bağlı ittihamlara münasibət bildirib.   

TodayPress xəbər verir ki, Alvaro Morata sosial şəbəkə hesablarındakı paylaşımında qanunsuz platformalarda mərc oyunlarında iştirak etməsi ilə bağlı məlumatları təkzib edib: 

“Mən açıq şəkildə bildirmək istəyirəm ki, Nikolo Faqioliyə illər ərzində etdiyim yeganə şey ona bir dost kimi və daha təcrübəli biri kimi karyera məsləhətləri vermək olub. Mən onun vəziyyəti haqqında heç vaxt heç nə bilmirdim. Nikolonun vəziyyəti ilə heç bir əlaqəm yoxdur. Ortaya çıxan bütün məlumatları inkar edirəm, çünki yalandır” ispaniyalı hücumçu bildirib.

Xatırladaq ki, “Yuventus” klubunun futbolçusu, Moratanın dostu Nikolo Faqioli 2023-cü ilin oktyabrında qumar oynadığına görə 7 aylıq diskvalifikasiyaya məruz qalıb. 

Qeyd edək ki, mərc oyunları ilə əlaqədar şübhəlilərin yenilənmiş siyahısına Ueston Makkenni (“Yuventus”), Mattia Perin (“Yuventus”), Anhel di Mariya (“Benfika”), Leandro Paredes (“Roma”), Alessandro Florenzi (“Milan”), Nikolo Zaniolo (“Qalatasaray”) və bir sıra digər futbolçular da daxildir. Onların bəziləri onlayn poker və kazino oynadıqları üçün araşdırılıblar.   

Namiq HUN

tag: Alvaro Morata,Yuventus, Nikolo Faqioli,Qalatasaray,Todaypress.az,