“Altay” klubunun Tallin uğuru
Estoniyada taekvondo üzrə Klublararası Avropa çempionatı keçirilir.
TodayPress xəbər verir ki, Tallin turnirində Azərbaycanı “Altay”, “Atlet” və “Mübariz” klubları təmsil edir.
Yeniyetmələrin yarışında taekvondoçularımız 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Klublararası Avropa çempionatının baş mükafatı Fateh Sultanlı (40 kq), Cahid İsmayılzadə (52 kq) və Fərid Məliklinin (24 kq) aktivindədir.
Fərhad Məlikli (24 kq) gümüş, Əkbər Tağıyev (27 kq) və Əjdər Qalabəyov (36 kq) isə bürünc medal qazanıblar.
“Altay” klubu iki qızıl medalla 2-ci yeri tutub.
Namiq HUN
tag: Estoniya,Taekvando,Altay,Klub,Todaypress.az,