Alperenli “Hyuston Rokets” qələbə qazandı

İdman

22.03.2025 15:50

1673

ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm mövsümün növbəti oyunları keçirilib.

TodayPress xəbər verir ki, türkiyəli basketbolçu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” bu dəfə səfərdə “Mayami Hit”dən üstün olub 102:98.

Alperen qarşılaşmada 8 xal və 10 ribaundla komandasının qələbəsində pay sahibi olub.

Digər matçların nəticələri 

“Vaşinqton Uizards” – “Orlando” - 105:120

“Minnesota Timbervolves” – “Nyu Orlean Pelikans” - 134:93

“Oklahoma Siti Tunder” – “Şarlot Hornets” - 141:106

“San Antonio Spörs” – “Filadelfiya” - 128:120

“Dallas” – “Detroit Pistons” - 123:117

“Yuta Caz” – “Boston Seltiks” - 99:121

“Portland Treil Blazers” – “Denver Naqqets” - 128:109

“Finiks Sanz” – “Klivlend Kavalyers” - 123:112

“Los-Anceles Klippers” – “Memfis Qrizzlis” - 128:108

Namiq HUN

tag: ABŞ ,NBA,Alperen Şengün,Hyuston Rokets,todaypress.az,