Alperen Şengün 4000 xallıq həddi keçdi

İdman

29.01.2025 15:31

ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm mövsüm davam edir. 

TodayPress xəbər verir ki, növbəti yarış günü “Hyuston Rokets” səfərdə  ardıcıl ikinci qələbəsini qazanıb.   

Texas təmsilçisi Corciya ştatında “Atlanta Hoks”u məğlub edib 100:96. Qarşılaşmada 18 xal və 10 ribaundla oynayan Alperen Şengün dabl-dabl edib.

Türkiyə millisinin üzvü NBA karyerasında 4000 xallıq həddi keçib. 

“Portlend Treyl Bleyzers” klubu isə evdə “Miluoki Baks”a 125:112 hesabı ilə qalib gəlib.

Qonaqların heyətində Yannis Adetokunbo 39 xal toplayıb.  Müntəzəm mövsümdə digər görüşlərin nəticələri: 

“Filadelfiya” - “Los-Anceles Leykers” - 104:118 “Atlanta Hoks” – “Hyuston Rokets” - 96:100 “Qolden Steyt Uorriors” - “Yuta Caz” - 114:103 “Portlend Treyl Bleyzers” - “Miluoki Baks” - 125:112   

Namiq HUN

tag: Texas,Finlandiya,Corciya,Atlanta,Todaypress.az,