Alonso “Real”la danışıqlara başladı

İdman

19.04.2025 10:30

7

“Bayer 04”ün baş məşqçisi Xabi Alonsonun müşaviri İnyaki İbanez “Real Madrid” təmsilçiləri ilə danışıqlar aparıb.   

TodayPress “Sky Sport Germany” nəşrinə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi ispaniyalı mütəxəssisin “Bayer”də qalacağı, yoxsa “Real”a keçəcəyi ilə bağlı qərarını gözləyir. 

Leverkuzen təmsilçisi Alonsonun yeni klubunun 15-20 milyon avro məbləğində təzminat ödəyəcəyini gözləyirlər. 

“Bayer 04” artıq Alonsonun gedişinə hazırlaşır.   

Xabi Alonsonun “Bayer 04”lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.   

Namiq HUN

tag: Bayer-04, Xabi Alonso, Real Madrid, Karlo Ançelotti, todaypress.az,