Alonso iddialı kluba rəhbərlik etmək istəyir
Xabi Alonso yayda “Bayer 04”dən gedəcək.
TodayPress xəbər verir ki, ötən mövsümdə Leverkuzen təmsilçisinə tarixində ilk Almaniya çempionu titulunu qazandıran ispaniyalı mütəxəssis daha iddialı kluba rəhbərlik etmək istəyir.
Xabi Alonsonun “Real Madrid” və ya “Bavariya” klubunun baş məşqçisi təyin olunacağı ehtimal edilir.
Qeyd edək ki, cari mövsüm Bundesliqanın 10 turundan sonra 17 xalla ilk dördlüyü tamamlayan “Bayer 04” lider “Bavariya”dan 9 xal geri qalır.
Namiq HUN
tag: Xabi Alonso, Bayer 04, Leverkuzen,Real Madrid, Bundesliqa, todaypress.az,