Almeyda “Primavera” ilə anlaşdı

İdman

15.02.2025 09:00

1598

“Qarabağ” futbol klubundan ayrılan Riçard Almeyda Braziliyada karyerasını davam etdirəcək.   

TodayPress xəbər verir ki, yarımmüdafiəçi “Primavera” klubu ilə anlaşıb.   

Almeyda Paulista ştatının A2 Liqasında yarışan komandanın heyətində mövsümün sonuna kimi top qovacaq.   

Riçardın yeni klubu 9 turdan sonra liderlər qrupunda qərarlaşıb. Hesabında 19 xalı olan Primavera lider Pirasisabadan 1 xallıq geriləmə ilə 2-cidir.   

Namiq HUN

tag: Riçard Almeyda,Qarabağ,Müqavilə,Primavera,Todaypress.az,