Almeyda İran klubundan ayrıldı
İdman
12.11.2024 09:08
Huqo Almeyda “Sepahan” klubunun baş məşqçisi vəzifəsindən ayrılıb.
TodayPress klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis müvəqqəti olaraq İsfahan təmsilçisini çalışdırıb.
O, daha əvvəl ”Sepahan”da köməkçi məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək, Huqo Almeyda futbolçu karyerası ərzində Avropanın “Porto”, “Verder”, “Hannover” və “Beşiktaş” kimi tanınmış komandaların formasını geyinib.
Namiq HUN
tag: Huqo Almeyda, Sepahan, Klub, Məşqçi, Portuqaliya, todaypress.az,