Almaniyalı ulduz Mayamidən dəvət gözləyir
İdman
01.11.2024 10:18
“Bavariya” klubunun futbolçusu Tomas Müller Messinin komanda yoldaşı ola bilər.
TodayPress xəbər verir ki, Münhen təmsilçisinin almaniyalı yarımmüdafiəçisinin ABŞ-a yollanmaq ehtimalı var.
“İnter Mayami” orta xəttə oyunçu axtarır. “Bavariya” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Müller dəvət alacağı təqdirdə okeanın o tayına yollanmağın əleyhində deyil.
Qeyd edək ki, Tomas Müller cari mövsüm meydan çıxdığı 12 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Bavariya, Almaniya, Tomas Müller, Messi, Bavariya, todaypress.az,