Almaniyalı mütəxəssislə danışıqlar başladı

İdman

12.10.2024 11:20

Tuxel İngiltərə millisinin baş məşqçisi ola bilər.   

TodayPress “Welt”ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Tomas Tuxel İngiltərə Futbol Assosiasiyası (FA) ilə danışıqlar aparır. 

İngiltərə millisində baş məşqçi postu Qaret Sautqeytin gedişindən sonra boş qalıb.   

Hazırda millidə baş məşqçi vəzifəsini icra edən Li Karsli artıq daimi əsaslarla işləməkdə maraqlı olmadığını bildirib. 

Qeyd edək ki, Tomas Tuxel 2024-cü ilin iyun ayında “Bavariya”dan ayrıldıqdan sonra işsizdir.   

51 yaşlı çalışdırıcı məşqçilik karyerasında daha əvvəl “Çelsi”, PSJ və Dortmund “Borussiya”sında işləyib. 

Namiq HUN

tag: İngiltərə,Məşqçi,Çelsi,PSJ,Bavariya,Todaypress.az,