Almaniyalı mütəxəssis: “Mahir öz istədiyi zaman topla işləməyi bacarır”
Miroslav Kloze Mahir Emrelidən narazıdır.
TodayPress “Bild” nəşrinə istinadən xəbər verir ki, Almaniya mətbuatında Azərbaycan millisinin “Nürnberq”də çıxış edən üzvü Mahir Emreli haqqında yeni xəbərlər yazılıb.
Bildirilir ki, komandanın son hazırlığı zamanı hücumçunun topsuz məşqləri baş məşqçi Miroslav Klozeni qane etməyib.
“Mahir öz istədiyi zaman topla işləməyi bacarır. Top Emreli istəyəndə onun yanındadır. Lakin sadəcə topun sizə gəlməsini gözləsəniz, çox gözləməli olacaqsınız”.
Forvard son vaxtlar komandanın əsas heyətinə düşməkdə çətinlik çəkir. O, son turdan əvvəlki iki çempionat matçında iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, Mahir Emreli ötən ilin yayında “Nürnberq” klubuna keçib. 27 yaşlı futbolçu ötən müddət ərzində meydana çıxdığı 16 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə verib.
Namiq HUN
tag: Mahir Emreli, Nürnberq, Almaniya, Bundesliqa, todaypress.az,