Almaniya nəhəngi amerikalı vingerlə anlaşdı
İdman
09.11.2024 19:50
"Bavariya" 18 yaşlı futbolçu ilə razılaşıb.
TodayPress insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, Münhen təmsilçisi “Los Anceles” klubunun futbolçusu Bajinq Darbonu heyətinə qatacaq.
Almaniya nəhəngi vingerlə qış transfer pəncərəsində müqavilə imzalayacaq.
Darbonun transferi “Bavariya”ya 1 milyon dollara başa gələcək.
Qeyd edək ki, Bajinq Darbo “Los-Anceles” klubunun əsas heyətində debüt etməsə də, ABŞ U-17 millisində 2 oyuna çıxıb.
Namiq HUN
tag: Bavariya, Los Anceles, Bajinq Darbo, Futbol, İdman, todaypress.az,