Almaniya millisinin hücumçusu Premyer Liqa klubunda

İdman

06.08.2024 09:40

İngiltərənin "Vest Hem" klubu almaniyalı futbolçu Niklas Füllkruqu transfer edib.

TodayPress xəbər verir ki, "çəkicdöyənlər" forvardla 4 illik müqavilə bağlayıb.

31 yaşlı futbolçunun transferi London təmsilçisinə 26 milyon avroya başa gəlib.

Qeyd edək ki, ötən mövsümü "Borussiya" (Dormund) klubunda keçirən Niklas Füllkruq meydana çıxdığı 46 oyunda 16 qol vurub. 

O, Almaniyada keçirilən Avropa çempionatında 5 oyunda 2 qola imza atıb.

Namiq HUN

tag: Almaniya, Borussiya, Niklas Fülkruq, Avropa,Vest Hem, todaypress.az,