Almaniya millisi Macarıstana qalib gəldi

İdman

19.06.2024 22:47

Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

TodayPress xəbər verir ki, A qrupunun ilk görüşündə Almaniya və Macarıstan yığmaları üz-üzə gəlib. Matç almanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Camal Musiala və İlkay Gündoğan vurublar.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Almaniya millisi liderdir.

A qrupunun digər görüşündə İsveçrə Şotlandiyanı sınağa çəkəcək. Matç 23:00-da start götürəcək.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

tag: Almaniya millisi, Macarıstan, Avropa çempionatı, Camal Musiala, todaypress.az,