Almaniya millisi hücumçusunu itirdi
İdman
10.09.2024 10:27
Futbol üzrə Almaniya yığma komandasında ciddi itki baş verib.
TodayPress xəbər verir ki, millinin hücumçusu Niklas Füllkruq zədələnib.
O, Millətlər Liqasının qrup məhələsinin 2-ci turunun Niderlandla görüşündə heyətdə yer almayacaq.
31 yaşlı futbolçu zədə səbəbindən komandasının düşərgəsini tərk edib. Füllkruq I turun Macarıstanla qarşılaşmasında (5:0) fərqlənmişdi.
Qeyd edək ki, A Liqasının 2-ci qrupunda yer alan Almaniya millisi bu gün “Johan Kruif Arena”da Niderland millisinin qonağı olacaq.
Namiq HUN
tag: Almaniya, Niklas Füllkruq, Niderland, Liqa, Macarıstan, todaypress.az,