Almaniya kubokunu "BAYER 04" qazandı

İdman

26.05.2024 12:28

"Bayer 04" finalda "Kayzerslautern"i məğlub edərək Almaniya Kubokunun qalibi olub.

TodayPress xəbər verir ki, leverkuzenlilər Berlinin "Olimpiya" stadionunda baş tutan görüşü minimal hesabla qazanıb,1:0. "Bayer 04"ün qələbə qolunu yarımmüdafiəçi Qranit Caka vurub. "Aspirinlər" üçün bu, klub tarixində ikinci ölkə Kubokudur.

Komanda  buna qədər 1992/1993-cü illər mövsümündə Almaniya Kubokuna sahib çıxıb. Bu mövsüm həmçinin Almaniya çempionu olan "Bayer 04"ün yalnız Avropa Liqası kubokuna əli çatmayıb. Komanda turnirin finalında İtaliyanın "Atalanta" klubuna 0:3 hesabı ilə uduzub.

tag: Todaypressaz, idman, Football, Bayer04, Xəbər, Today,