Almaniya – Danimarka matçı güclü yağış səbəbindən dayandırıldı

İdman

29.06.2024 23:56

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu Almaniya və Danimarka seçmələri arasında baş tutub.

TodayPress xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda A qrupunun birincisi olan meydan sahibləri C qrupunun ikincisi ilə qarşılaşıb. Maykl Oliverin (İngiltərə) fit sahibi olduğu matç 36-cı dəqiqəyədək başabaş mübarizədə davam edərkən, qəfil dolu ilə müşayət olunan güclü yağış səbəbindən oyun dayandırılıb. UEFA-nın qərarından sonra matç davam edəcək.   


Namiq HUN

tag: Almaniya,Danimarka, Avro2024, İdman, Futbol, Todaypress.az,