Almaniya çempionu Xabinin gedişinə hazırdır
İdman
01.11.2024 14:30
“Bayer 04” baş məşqçisi Xabi Alonsonun mövsümün sonunda “Real Madrid”ə rəhbərlik etməsinə hazırdır.
TodayPress “Relevo”ya istinadən xəbər verir ki, “kral klubu” baş məşqçi vəzifəsinə Xabi Alonsonu gətirməkdə israrlıdır.
Eyni zamanda, rəhbərlik komandanın hazırkı baş məşqçisi Karlo Ançelottiyə də hörmətsizlik göstərmək istəmir.
İtaliyalı mütəxəssis Madrid təmsilçisinin baş məşqçisi postundan getsə, ona başqa vəzifə təklif olunacaq. Ançelotti “Real”da səfir və ya baş məsləhətçi ola bilər.
Namiq HUN
tag: Bayer-04, Xabi Alonso, Real Madrid, Karlo Ançelotti, todaypress.az,