Almaniya çempionu müdafiəçisini itirir
“Bayer 04”ün futbolçusu Conatan Ta mövsümün sonunda Leverkuzen təmsilçisindən ayrılacaq.
TodayPress xəbər verir ki, müdafiəçi klub rəhbərliyi ilə yeni müqavilə şərtlərini razılaşdıra bilməyib.
29 yaşlı futbolçunun yayda başqa komandaya keçmək ehtimalı yüksəkdir.
Qeyd edək ki, Conatan Ta cari mövsümdə "Bayer 04"ün heyətində meydan çıxdığı 36 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Bayer04,Conatan Ta,Almaniya,Bundesliqa,Todaypress.az,