Alman klubları Güleri hədəf seçdilər
Türkiyə futbolunun perspektivi sayılan Arda Güler Almaniya klublarının maraq dairəsinə düşüb.
TodayPress xəbər verir ki, “Bavariya” klubu “Real”da top qovan futbolçunu növbəti mövsümdə heyətinə qatmağı planlaşdırır.
Arda ilə maraqlanan Almaniya klubları siyahısında “Leypsiq” və “Ayntraxt” da var. Gülerin icarə əsasında alman klublarından birinə keçməsi mümkündür. Madrid klubunda istənilən şansı qazanmayan türkiyəli yarımmüdafiəçi bu addımı ata bilər.
Qeyd edək ki, Arda cari mövsümdə bütün turnirlərdə 29 oyunda 3 qol vurub, 5 ötürmə verib.
Namiq HUN
tag: Arda Güler, Futbol, Liqa,Oyunçu, todaypress.az,