Allsvenskan: “Malmö” lider, “Elfsborq” isə 6-cıdır
İdman
02.09.2024 09:47
"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqibləri "Malmö" və "Elfsborq" İsveç çempionatında növbəti oyunlarına çıxıblar.
TodayPress xəbər verir ki, “Malmö” XXI turda dogma azarkeşlər qarşısında “Yurqorden”i dörd cavabsız qolla üstələyib. “Elfsborq” isə səfərdə "Brommapoykarna” ilə heç-heçə edib 3:3.
XXI turdan sonra "Malmö" 48 xalla liderdir. "Elfsborq" isə 33 xalla 6-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində "Malmö" ilə oktyabrın 3-də evdə, "Elfsborq"la isə dekabrın 11-də səfərdə qarşılaşacaq.
Namiq HUN
tag: Qarabağ, UEFA,Liqa, Malmö, Elfsborq, todaypress.az,