Alleqri Serbiyanın radarına düşdü
İdman
28.06.2024 17:15
Serbiya futbol Federasiyası Avropa çempionatındakı uğursuzluqdan sonra baş məşqçi postunda dəyişikliyə qərar verib. Artıq milli komandanın baş məşqçi postuna namizəd bəllidir.
TodayPress xəbər verir ki, balkanlılar Massimiliano Alleqrinin xidmətində maraqlıdır.
“Yuventus”un sabiq baş məşqçisi ilə danışıqlara başlanılacaq. Bu, Draqan Stoykoviçin vəzifəsindən kənarlaşdırılmasından sonra gerçəkləşəcək.
Qeyd edək ki, Serbiya yığması C qrupunda İngiltərə, Danimarka və Sloveniya yığmaları ilə pley-offa vəsiqə uğrunda mübarizə aparıb. Balkan təmsilçisi qrupda qalıb.
Namiq HUN
tag: Alleqri Serbiyan, Radar, Komanda, Yuventus, Draqan Stoykoviç, todaypress.az,