Alkaras Cokoviçə revanş şansı vermədi
İdman
15.07.2024 10:12
Kişi tennisçilərin Uimbldon-2024 turnirində final matçı keçirilib.
TodayPress xəbər verir ki, “Böyük Dəbilqə” seriyalı turnirin həlledici görüşündə Novak Cokoviç (Serbiya) və Karlos Alkaras (İspaniya) qarşılaşıb.
Ötən il London turnirinin finalında qarşılaşan tennisçilərin duelində Alkaras çempion tituluna yiyələnib. "Böyük Dəbilqə" yarışlarının 24 qat qalibi olan Cokoviçin revanş arzusu bu dəfə reallaşmayıb. İspaniyalı tennisçi 3 setdə qalib gələrək ardıcıl 2-ci dəfə Uimbldon turnirinin çempionu olub.
Nəticədə Dünya tennisinin 3-cü nömrəsi olan Karlos Alkaras bu növ turnirlərdə qazandığı titulların sayını 4-ə çatdırıb. Onun aktivində bu il qalib olduğu “Rolan Qarros” və 2022-ci il US Open uğuru da var.
Namiq HUN
tag: Alkaras Cokoviç,Böyük Dəbilqə, Karlos Alkaras, Tennis, Final, todaypress.az,