Alkantara “Barselona” ilə yollarını ayırdı
İdman
16.08.2024 17:35
“Barselona”nın sabiq futbolçusu Tiaqo Alkantara klubun məşqçilər heyətini tərk edib.
TodayPress xəbər verir ki, Alkantara Hans-Diter Flikin məşqçilər heyətində cəmi bir ay işləyib.
Alkantaranın əsas komandanın məşqçilər heyətindəki yerini “Barselona”nın U-16 komandasını çalışdıran Arnau Blanko tutacaq.
Daha əvvəl Alkantaranın uzun müddət Flikin yanında köməkçi kimi qalmağı planlaşdırmadığı bildirilmişdi. Almaniyalı mütəxəssis ispan dilini öyrənən kimi o, “Barselona”nı tərk edəcək.
Qeyd edək ki, İspaniya millisinin sabiq yarımmüdafiəçisi 2024-cü il iyulun 8-də futbolçu karyerasını başa vurduğunu elan edib.
Alkantaranın son klubu “Liverpul” olub. O, 2013-2020-ci illərdə “Bavariya”da da çıxış edib.
Namiq HUN
tag: Alakantara, İspaniya, Almaniya, Bavariya, Barselona, todaypress.az,