Alisson dünyanın ən yaxşı qolkiperidir
İdman
28.09.2024 17:11
Dünyanın yaxşı 10 qapıçısının adı açıqlanıb. Siyahını nüfuzlu "FourFourTwo" nəşri tərtib edib.
TodayPress xəbər verir ki, ilk “üçlük”də Dumanlı Albionda çıxış edən qolkiperlər yer alıb.
Siyahıya İngiltərənin “Liverpul” klubunun formasını geyinən Alisson Beker başçılıq edir. “Mançester Siti”nin şərəfini qoruyan Ederson Moraes ikinci, “Arsenal”ın uğurları üçün çalışan David Raya isə üçüncü pillədə qərarlaşıb.
Yaxşı 10-luğa həmçinin Canluici Donnarumma (PSJ, Fransa), Manuel Noyer (“Bavariya”, Almaniya), Tibo Kurtua (“Real Madrid”, İspaniya), Mik Menyan (“Milan”, İtaliya), Unai Simon (“Atletik”, Bilbao, İspaniya), Georgi Mamardaşvili (“Liverpul”) və Emiliano Martines (“Aston Villa”, İngiltərə) də adını yazdırıb.
Namiq HUN
tag: Dünya ,Alisson ,Liverpul ,Mançester Siti ,Ederson Moraes ,todaypress.az,