Ali məhkəmə Robinyo ilə bağlı qərar verdi
İdman
23.11.2024 16:23
Braziliya Ali Məhkəməsi milli komandanın sabiq futbolçusu Robinyonun həbsdən azad edilməsinə qarşı çıxıb.
TodayPress “Ge Globo”ya istinadən xəbər verir ki, Robinyonun vəkili xarici məhkəmənin hökmü əsasında həbsin qanuniliyinə etiraz etsə də, onun tələbi yerinə yetirilməyib.
Braziliyanın Federal Ali Məhkəməsi səs çoxluğu ilə 40 yaşlı Robinyonun hökmünü qüvvədə saxlayıb.
Qeyd edək ki, “Milan”, “Real Madrid” və “Mançester Siti” klublarının sabiq hücumçusu İtaliyada qrup halında zorlama ittihamı ilə yerli məhkəmə tərəfindən 9 il müddətinə azadlıqdan məhrum edilib.
Namiq HUN
tag: Braziliya, Ali Məhkəmə, Robinyo, Milan, Real Madrid, todaypress.az,