Ali Koça hücum edən şəxs cəzasını aldı

İdman

19.12.2024 12:30

1355

Super Liqada keçirilən “Göztepe” – “Fənərbağça” matçında “sarı-lacivərlilər”in prezidenti Ali Koça hücum edən şəxsin cəzası açıqlanıb.

TodayPress xəbər verir ki, prezidenti itləyərək yıxan Fatih Özkan 7 ay 15 gün həbs cəzası alıb.

Məhkəmə Özkanın "yenidən cinayət törətməyəcəyi" qənaətinə gəlmək mümkün olmadığını bildirərək cəzanı təxirə salmayıb və cərimə formasında ödənilməsini rədd edib.

Xatırladaq ki, matçın fasiləsində stadiona girə bilməyən “Fənərbağça” azarkeşlərinin vəziyyəti ilə bağlı məlumat almaq üçün tribunaya yollanan Ali Koç “Göztəpə” azarkeşləri tərəfindən atılan yad əşyaların hədəfi olub. Bu zaman fürsətdən istifadə edən Özkan Ali Koçu arxadan itələyərək yerə yıxıb. 

Hadisədən sonra saxlanılan Fatih Özkanın "Göztəpə" rəhbərliyində rəsmi vəzifəsinin olmadığı və yalnız stadionda çalışdığı məlum olub. 

Namiq HUN

tag: Cərimə, Forma ,Cəza ,Ali Koç, todaypress.az,