Ali Koç "Fənərbağça"nın prezidenti seçildi
İdman
09.06.2024 22:48
Ali Koç yenidən Türkiyənin "Fənərbağça" klubunun prezidenti seçilib.
TodayPress xəbər verir ki, o, növbəti 3 ildə İstanbul təmsilçisinə rəhbərlik edəcək.
Ali Koçun prezident seçkilərində rəqibi 20 il bu postu tutan Aziz Yıldırım olub. O, məğlub olsa da Ali Koçu qələbə qazanması münasibəti ilə təbrik edib.
Qeyd edək ki, Ali Koç 2018-ci ildən "Fənərbağça"nın prezidentidir.
Namiq HUN
tag: Ali Koç, Fənərbağça, Futbol, todaypress.az, İdman,