Ali Koç: “Fənərbağça” Mourinyo ilə yoluna davam edəcək”

İdman

09.01.2025 13:09

“Fənərbağça” prezidenti Ali Koç klubun baş məşqçisi Joze Mourinyonun gələcəyi ilə bağlı danışıb.

TodayPress xəbər verir ki, o, mütəxəssisin İstanbul təmsilçisində qalacağını deyib:

“Titul qazansaq da, qazanmasaq da, Joze Mourinyo öz vəzifəsini yerinə yetirməlidir. Onunla yolumuza davam edəcəyik. Bu sabitlik məsələsi çox vacibdir. Çünki biz komandaya keyfiyyətli mütəxəssisi gətirmişik”.

Daha əvvəl Mourinyo xarici mətbuata açıqlamalarında Türkiyə Superliqası haqqında xoşagəlməz sözlər səsləndirmişdi.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis ötən ilin yayından “Fənərbağça”nın baş məşqçisidir. İstanbul təmsilçisi hazırda 39 xalla Super Liqada 2-ci pillədə qərarlaşıb. Komanda lider “Qalatasaray”dan 8 xal geri qalır.

Namiq HUN

tag: Fənərbağça ,Ali Koç ,Liqa ,portuqaliya ,todaypress.az,