Alfonso Dominqes qızıl medalı əldən verdi
İdman
10.08.2024 10:40
Azərbaycan millisi Paris Olimpiadasında 5-ci medalını qazanıb.
TodayPress xəbər verir ki, bu uğura boksçu Alfonso Dominqes imza atıb.
92 kq çəkidə yarışan dünya çempionumuz finalda Lazizbek Mullojonovla (Özbəkistan) üz-üzə gəlib.
Tokio olimpiadasının bürünc mükafatçısı rəqibinə məğlub oluaraq XXXIII Yay Olimpiya Oyunlarını gümüş medalla bitirib.
Bu, hesabında 2 qızıl və 1 bürüncü olan millimizin ikinci gümüş medalıdır.
Qeyd edək ki, Dominqes Azərbaycan boks tarixində ikiqat Olimpiya mükafatçısı olan yeganə idmançıdır.
Namiq HUN
tag: Tokio, Paris, Az'rbaycan,Alfonso Dominqes, Azərbaycan,todaypress.az,