Alfonso Dominqes Olimpiya lisenziyasının bir addımlığında

İdman

01.06.2024 09:36

TodayPress xəbər verir ki, Azərbaycan boksçusu Alfonso Dominqes Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb. 92 kq çəkidə mübarizə aparan dünya çempionu üçüncü döyüşündə rinqdə Sanjit Sanjitlə (Hindistan) üz-üzə gəlib.

1/8 final döyüşü Dominqesin 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.

Alfonso Dominqes növbəti görüşündə Elkin Adilbek Uulu (Qırğızıstan) ilə qarşılaşacaq. Boksçumuz qələbə qazanacağı halda, Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də olacaq.

tag: İdman, Olimpia, Alfonso Dominqes, Boks, todaypress.az,