Alfonso Dominqes lisenziya turnirində 1/16 finala vəsiqə qazanıb

İdman

27.05.2024 19:46

1591

Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turniri davam edir.

TodayPress xəbər verir ki, növbəti yarış günündə Azərbaycan millisinin boksçusu Alfonso Dominqes ilk döyüşünə çıxıb.

92 kq-da yarışan dünya çempionu 1/32 finalda qanalı Conatan Tette ilə qarşılaşıb. Döyüş Dominqesin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb.

O, 1/16 final döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) üz-üzə gələcək. Alfonso Dominqes mayın 30-da rinqə çıxacaq.

tag: Boks,Alfonso Dominqes, İdman, todaypress.az,