Aleksandr Usik ukraynalı boksçulara səsləndi
İdman
31.07.2024 16:40
Peşəkar boks üzrə mütləq dünya çempionu Aleksandr Usik ukraynalı boksçulara Paris Olimpiadasında mükafat qazanacaq yerlər üçün pul vəd edib.
TodayPress xəbər verir ki, bu barədə milli komandanın məşqçisi Dmitri Sosnovski açıqlama verib.
“O, onlara Olimpiadada medal qazansalar, pul mükafatını şəxsən verəcəyini söylədi. Öz cibindən.
Qızıl, gümüş və bürünc medal üçün onlara pul verəcək. Birinci yer üçün – 80 min dollar, ikinci yer üçün – 70 min dollar, bürünc üçün isə 50 min dollar” Sosnovski bildirib.
Qeyd edək ki, Paris Olimpiadasında Ukrayna üç boksçu ilə təmsil olunur. Bunlar Aleksandr Xijnyak (80 kq), Ayder Abduraimov (57 kq) və Dmitri Lovçinskidir (92 kq).
Namiq HUN
tag: Aleksandr Usik, Olimpiada, Ukrayna, Paris,Boks, todaypress.az,