Aleksandr Çeferin: İdmanda kim UEFA-dan daha çox vəsaiti geri qaytarır?
Sloveniyalı futbol funksioneri tez-tez Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) pul qazanmağa çox diqqət yetirdiyini eşitdiyini deyib.
TodayPress xəbər verir ki, bu sözləri UEFA prezidenti Aleksander Çeferin qurumun konqresində bildirib.
“Bizim "HatTrick" proqramımız Avropa çempionatlarından əldə edilən xalis gəlirin yarıdan çoxunu sərmayə qoyuluşu üçün üzv assosiasiyalar arasında yenidən bölüşdürməklə idmanda ən böyük ödəniş sxemlərindən biridir”.
UEFA-nın əldə etdiyi maliyyə vəsaitinin böyük bir hissəsini yenidən Avropa futboluna qaytardığını deyən Çeferin sözlərinə belə davam edib:
“Biz soyuq, hissiyatsız gəlir əldə edən maşın deyilik. Pul qazanmaq və onu bölüşdürmək baxımından bənzəri olmayan qurumuq və bunu vicdanla edirik”.
Namiq HUN
tag: Aleksandr Çeferin,UEFA,Konqres,Ödəniş,Todaypress.az,