Aleks De Souza “Antalyaspor”dan gileyləndi

İdman

29.01.2025 18:14

“Antalyaspor” klubu ilə yollarını ayıran futbol mütəxəssisi Aleks De Souza Braziliya mətbuatına açıqlama verib.

TodayPress xəbər verir ki, o, komandada 3 fərqli prezident olduğunu və texniki heyətin icazəsi olmadan futbolçu transfer etdiklərini bildirib:

“İlk gündən məndən istənilən klubun Türkiyə kubokunda ilkin mərhələləri adlaması və Super Liqada orta mövqelərdə yer tutmaq idi.

Əslində, mən bunu bacarmışdım. Lakin komandada 3 fərqli prezident var idi.

Antalya təmsilçisinin 2 vəzifəli şəxsi texniki heyətin xəbəri olmadan özbaşına futbolçu transfer edirdi” Aleks De Souza deyib.

Namiq HUN

tag: Futbol,Antalyaspor,Komanda,Braziliya,Todaypress.az,