Albaniya 1 xalı 90+5-ci dəqiqədə qazandı
İdman
19.06.2024 19:05
Bu gün AVRO-2024-də qrup mərhələsinin II turuna start verilib.
TodayPress xəbər verir ki, günün ilk matçı Hamburqda baş tutub.
B qrupunun oyununda ilk turun uğursuzları üz-üzə gəlib. Çempionata məğlubiyyətlə başlayan Xorvatiya və Albaniyanın görüşündə qapılara 4 qol vurulub.
Albanlar hesabı erkən açsalar da, xorvatiyalılar 3 dəqiqəyə 2 dəfə fərqləniblər. Amma əsas vaxta əlavə olunan dəqiqələrdə Albaniya millisi məğlubiyyətdən qaça bilib. Avtoqola imza ataraq, komandasını pis vəziyyətdə qoyan Qyasula bu dəfə rəqibin qapısını dəqiq nişan alıb - 2:2.
Qeyd edək ki, turun sabah keçiriləcək digər matçında İspaniya və İtaliya üz-üzə gələcək.
Namiq HUN
tag: Xorvatiya, Albaniya, AVRO-2024, Idman, Futbol, todaypress.az,