"Alanyaspor" Serdar Dursunu transfer etdi

İdman

26.07.2024 14:48

1537

"Alanyaspor" futbol klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

TodayPress xəbər verir ki, Super Liqa təmsilçisi "Fənərbağça"dan ayrılan Serdar Dursunu rənglərinə qatıb. 

Alanya təmsilçisi forvardla 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Serdar Dursun ötən mövsümün ikinci yarısını "Fənərbağça"da keçirib. 32 yaşlı hücumçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 10 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: Alanyaspor, Serdar, Super Liqa, Fənərbağça, İstanbul, todaypress.az,