“Alanyaspor” Pereyra ilə anlaşdı

İdman

22.03.2025 17:55

783

“Alanyaspor” futbol klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Super Liqa təmsilçisini Joao Pereyra çalışdıracaq. 

Portuqaliyalı mütəxəssislə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.

O, bir neçə gün əvvəl istefaya göndərilən Sami Uğurlunu əvəzləyib.

Qeyd edək ki, Joao Pereyranın son iş yeri Lissabon “Sportinq”i olub.

Namiq HUN

tag: todaypress.az,Alanyaspor,Joao Pereyra,Super Liqa,futbol,