Alaba karyerasını başa vura bilər

İdman

14.10.2024 18:29

1259

“Real Madrid” klubunun futbolçusu David Alaba futboldan ayrılmağı düşünür.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, ötən il çarpaz bağı yırtılan avstriyalı futbolçu fərdi məşqlərə başlasa da, ağrıları dayanmır.

Yüksək səviyyədə çıxış edə bilməyəcəyini ehtimal edən müdafiəçi karyerasını başa vurmağı düşünür.

Qeyd edək ki, David Alaba ötən mövsüm La Liqanın XVII turunda, "Vilyarreal" ilə matçda zədə almışdı.

Namiq HUN

tag: Real Madrid ,David Alaba ,La Liqa ,Vilyarreal,Zədə ,todaypress.az,