AL: Toral turun seçilənləri arasında

İdman

08.11.2024 11:28

UEFA Avropa Liqasının IV turunun ən yaxşı qolu adına namizədləri elan edib.

TodayPress xəbər verir ki, dörd namizəd arasında “Qarabağ”ın futbolçusu Toral Bayramov da var. 

23 yaşlı futbolçu Norveçin “Bodo Qlimt” klubu ilə səfər matçında uzaq məsafədən gözəl qol vurub.

Toralla yanaşı, “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqores”dən Erik Markusun qolları da namizədlər sırasındadır.

Qalib UEFA-nın saytında keçirilən səsvermədən sonra məlum olacaq.

Namiq HUN

tag: Toral Bayramov, Qarabağ, UEFA, Qalatasaray, Bodo Qlimt, todaypress.az,