AL: “Qarabağ” Liqa mərhələsində ilk qələbəsini qazandı-YENİLƏNDİ
İdman
08.11.2024 00:08
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.
TodayPress xəbər verir ki, Ağdam klubu UEFA Avropa Liqasında Liqa mərhələsinin IV turunun matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri “Bodo Qlimt” ilə qarşılaşıb. Aspmyra stadionunda keçirilən matçın birinci hissəsində tərəflər hərəyə bir dəfə fərqləniblər.
22-ci dəqiqədə Toral Bayramovun cərimə meydançası xaricindən qapının uzaq küncünə vurduğu top Haykin üçün əlçatmaz olub 1:0.
Meydan sahibləri 34-cü dəqiqədə bərabərlik qolunu vura bilərdilər. Patrik Andrade topu qapı xəttindən çıxardıb.
“Bodo Qlimt” qol istəyini yalnız 41-ci dəqiqədə reallaşdıra bilib. Künc zərvbəsindən sonra Patrik Berqin zərbəsini Mateuş Koxalski zərərsizləşdirə bilməyib.
Birinci hissə elə 1:1 hesabı ilə başa çatıb.
İkinci hissəyə aktiv başlayan “Bodo Qlimt” 53-cü dəqiqədə hücumunu qolla tamamlaya bilərdi. Əvvəlcə Medina, daha sonra isə Koxalski rəqibi real qoldan mərhum ediblər.
Daha bir qol epizodu qapımız qarşısında 55-ci dəqiqədə yaranıb. Bu dəfə Abbas Hüseynov qapıya ünvanlanmış zərbənin qarşısını alıb.
Matçın 61-ci dəqiqəsində “Qarabağ” fərqlənə bilərdi. Patrik Andradenin zərbəsindən sonra top qapı çatından qayıdıb.
Oyunda hesab yalnız 69-cu dəqiqədə dəyişib. Leandro Andradenin başladığı hücumu cərimə meydançası mərkəzində rəqibdən sıyrılan Zubir qolla tamamlayıb 2:1.
“Bodo Qlimt” 76-cı dəqiqədə oyunda status-kvonu yenidən bərpa edə bilərdi. Bu dəfə Koxalski topun yaxın küncdən keçməsinə izn verməyib.
Yekun nəticədə “Bodo Qlimt” - “Qarabağ” qarşılaşması elə Azərbaycan çempionunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 28-də keçirəcək. Təmsilçimiz V turda Fransanın “Lion” klubunu qəbul edəcək.
***
22:54
Azərbaycan çempionu “Qarabağ” növbəti avro kubok oyununu keçirir.
TodayPress xəbər verir ki, Ağdam klubu UEFA Avropa Liqasında Liqa mərhələsinin IV turunun matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri “Bodo Qlimt” ilə qarşılaşır. Aspmyra stadionunda keçirilən matçın birinci hissəsində tərəflər hərəyə bir dəfə fərqləniblər.
22-ci dəqiqədə Tural Bayramovun cərimə meydançası xaricindən qapının uzaq küncünə vurduğu top Haykin üçün əlçatmaz oldu 1:0.
Meydan sahibləri 34-cü dəqiqədə bərabərlik qolunu vura bilərdilər. Patrik Andrade topu qapı xəttindən çıxartdı.
“Bodo Qlimt” qol istəyini yalnız 41-ci dəqiqədə reallaşdıra bildi. Künc zərvbəsindən sonra Patrik Berqin zərbəsini Mateuş Koxalski zərərsizləşdirə bilmədi.
Birinci hissə elə 1:1 hesabı ilə başa çatdı.
Namiq HUN
tag: Bodo Qlimt, Aspmyra, Tural Bayramov,Qarabağ, UEFA, todaypress.az,