AL: “Qalatasaray” və “Fənərbağça” pley-offda

İdman

31.01.2025 09:17

UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulub.   

TodayPress xəbər verir ki, əsas mərhələnin VIII turu Azərbaycan çempionu “Qarabağ” Yunanıstanda “Olimpiakos”a 0:3 hesabı ilə uduzub. 

Türkiyə klubları da Liqa mərhələsindəki son oyunlarını səfərdə keçiriblər.

“Qalatasaray” Niderlandda “Ayaks”a (1:2), “Beşiktaş” “Tvente”yə (0:1) uduzub, Danimarkada “Midtyulland”ın qonağı olan “Fənərbağça” (2:2) isə xal bölgüsünə nail olub.   

Ümumilikdə son turda keçirilən 18 oyundan sonra 1/8 finalın və pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.     “Latsio”, “Atletik”, “Mançester Yunayted”, “Tottenhem”, “Ayntraxt”, “Lion”, “Olimpiakos” və “Ryncers” klubu birbaşa turnirin 1/8 finalına yüksəlib.   

“Bodo-Qlimt”, “Anderlext”, FCSB, “Ayaks”, “Real Sosyedad”, “Qalatasaray”, “Roma”, “Viktoriya”, “Ferentsvaroş”, “Porto”, “Alkmaar”, “Midtyulland”, “Yunion”, PAOK, “Tvente” və “Fənərbağça” klubu isə 1/16-da oynayacaq.     

Namiq HUN

tag: Midtulland,UEFA ,Olimpiakos,Yunion,Todaypress.az,