AL-də pley-off cütləri məlum oldu
İdman
31.01.2025 17:15
Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
TodayPress xəbər verir ki, Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar 8 cüt təşkil edib.
Püşk Türkiyə klublarının da rəqiblərini müəyyən edib. “Qalatasaray” “AZ Alkmaar”la, “Fənərbağça” isə “Anderlext”lə qarşılaşacaq.
Avropa Liqası pley-off mərhələsi cütləri
“Ferentsvaroş” - “Viktoriya”
“Porto” - “Roma”
“Tvente” - “Bodo Qlimt”
“Fənərbağça” - “Anderlext”
“Yunion” - “Ayaks”
PAOK - FCSB
“AZ Alkmaar” - “Qalatasaray”
“Midtyulland” - “Real Sosyedad”
Qeyd edək ki, pley-off matçları fevralın 13-də və 20-də keçiriləcək.
Namiq HUN
tag: Avropa Liqası,Pley-off,Qalatasaray,AZ Alkmaar,todaypress.az,