Aktürkoğlu zirvəni ələ keçirdi
İdman
15.10.2024 11:51
Kerem Aktürkoğlu bu mövsüm Türkiyə millisində uğurlu oyun nümayiş etdirir.
TodayPress xəbər verir ki, hücumçu komandasının Millətlər Liqasının IV turunun İslandiyaya qarşı səfər marçındakı qələbəsində (4:2) pay sahibi olub.
Aktürkoğlu Millətlər Liqasında hazırkı mövsümdə qollarının sayını 4-ə yüksəldib. O, yarışın bombardirlər siyahısında liderdir.
Sloveniya millisindən Şeşko və İsveçdən Dyekereşin də aktivində 4 qol var. Bu siyahıda sonrakı yeri 3 qolla Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo tutur.
Qeyd edək ki, Kerem Aktürkoğlu bu yay transfer olunduğu “Benfika” klubunda da yaxşı oyunu ilə fərqlənir. Forvard Lissabon təmsilçisi ilə bütün turnirlərdə 5 oyunda meydana çıxıb. O, 4 qol vurub və 2 qolun ötürməsini verib.
Namiq HUN
tag: Millətlər Liqası ,Sloveniya ,Kerem Aktürkoğlu ,Benfika ,todaypress.az,