Aktürkoğlu Portuqaliyanın ən yaxşı futbolçu seçildi
Türkiyə millisinin və “Benfika” klubunun üzvü Kerem Aktürkoğlu sentyabr və oktyabr ayları üçün Portuqaliya çempionatının ən yaxşı futbolçusu seçilib.
TodayPress xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi 5 matçda 5 qol vurub və 2 assist edib.
26 yaşlı futbolçu son iki ayın ən yaxşı oyunçusu adına layiq görülüb.
Qeyd edək ki, cari mövsümün əvvəlində “Qalatasaray”ı “Benfika”ya dəyişən Aktürkoğlu Çempionlar Liqasında da 3 dəfə rəqib komandaların qapılarına yol tapıb.
Namiq HUN
tag: Benfika, Türkiyə, Kerem Aktürkoğlu, Portuqaliya, Qalatasaray, todaypress.az,