Akrobatlarımızın Bolqarıstan sınağı

İdman

13.05.2025 15:00

9

Akrobatika üzrə Azərbaycan komandası Bolqarıstanda keçiriləcək Dünya kubokunda çıxış edəcək.   

TodayPress xəbər verir ki, heyətdə Ağasif Rəhimov - Raziyə Seyidli, Milana Əliyeva - Sabir Ağayev qarışıq cütləri, Murad Rəfiyev - Daniel Abbasov kişi dueti, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Məşaihidən ibarət kişilər qrupu, həmçinin Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadınlar qrupu yer alıb. 

Burqas turniri akrobatlar üçün 1 qızıl, 4 gümüş və 3 bürünc medal qazandıqları Lüksemburqda keçirilən Avropa çempionatından sonra ilk yarış olacaq. 

Qeyd edək ki, mayın 30-da start götürəcək Dünya kubokunda iştirak üçün 11 ölkənin komandası müraciət edib.   

Namiq HUN

tag: Akrobatika,Azərbaycan,Ağasif Rəhimov,Raziyə Seyidli,Todaypress.az,