Akrobatlarımız Dünya Oyunlarının qalibi oldu

İdman

16.09.2024 11:34

Portuqaliyanın Gimaraeş şəhərində akrobatika üzrə yaş qruplarında Dünya Oyunları başa çatıb.

TodayPress xəbər verir ki, 13-19 yaşlı idmançılar arasında keçirilən yarışda Nəzrin Zeyniyeva, Zöhrə Rəşidova və Anahitə Bəşirlidən ibarət Azərbaycan qadın qrupu finalda uğurlu çıxış edib.

Gimnastlarımız ən yaxın izləyiciləri - İsrail və Portuqaliyadan olan rəqiblərini qabaqlayaraq qızıl medallar qazanıblar.

Namiq HUN

tag: Portuqaliya, Gimaraeş, Akrobatika ,Dünya ,Nəzrin Zeyniyeva, Zöhrə Rəşidova ,Anahitə Bəşirli ,Azərbaycan, todaypress.az,